Şamil Heydərov 4 futbolçudan imtina etdi
29.01.2010 - 17:11
Şamil Heydərov 4 futbolçudan imtina etdi
Qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamızın fevralın 1-dən 10-dək keçiriləcək təlim-məşq toplanışında 23 futbolçu çıxış edəcək.

Millimizin baş məşqçisini icra edən Şamil Heydərov hazırlıqlara Aynur Alməmmədova, Yuliya Larionova, Tamilla Bayramova, Mətanət Cəfərova, Könül Əsədova, Natalya Tkaçenko, Alfiya Bikbulatova, Pərvanə Mirzəquliyeva, Tünzalə Süleymanova, Gülnarə Süleymanova, Gülyana Güvəndiyeva, Nərminə Məmmədova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Əfsanə Mirzəquliyeva, Nigar Məlikova, Gülnar Qarayeva, Aybəniz Əsgərzadə, Aidə Əliyeva, Şəfəq Nəsirova, Günel Mütəllimova, Sədaqət Vəliyeva və Təhminə Süleymanzadəni çağırıb. Yanvarin 18-25-də keçirilən hazırlıqlarla müqayisədə 4 futbolçu yığmadan kənar qalıb. Bunlar Aygün Qırxlarova, Fəridə Babayeva, Nərgiz Hacıyeva, Anjela Teymurovadır.

Qeyd edək ki, bu toplanış dünya çempionatının martın 27-də Çexiya ilə Bakıda keçiriləcək seçmə oyununa hazırlıq məqsədi daşıyır.
0