Elxan Məmmədov seleksiyaçı-məşqçilərə nə deyib?
29.01.2010 - 17:30
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün seleksiyaçı-məşqçilərlə görüşüb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Futbol akademiyasında keçirilən görüşdə texniki direktor, 21 və 19 yaşlılardan ibarət yığma komandalarımızın alman baş məşqçisi Bernard Lippert də iştirak edib. Toplantıda seleksiyaçı-məşqçilərin fəaliyyəti müzakirə olunub, AFFA-nın süni yaşazaltma ilə apardığı mübarizə barədə fikir mübadiləsi aparılıb. Bu prosesdə seleksiyaçı-məşqçilərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirən Məmmədov müvafiq tövsiyələrini verib.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0