“Yuventus”un baş məşqçisi dəyişdi
29.01.2010 - 18:47
İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Çiro Ferrara istefaya göndərilib. Lent.az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onu Alberto Zakkeroni əvəzləyib.
Zakkeroni ilə mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni baş məşqçi bu gün kollektivə təqdim olunacaq.
Çiro Ferrara qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar postundan kənarlaşdırılıb. “Yuve” son 12 matçın 9-da uduzub. 56 yaşlı Alberto Zakkeroni isə indiyədək İtaliya çempionatında "Milan", "Latsio", "İnter" və “Torino” komandalarına rəhbərlik edib. Onun rəhbərliyi ilə "Milan" 1999-cu ildə İtaliya çempionluğunu qazanıb.

- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0