AFFA-dan biri gəlir, biri gedir
29.01.2010 - 23:16
AFFA-nın I vitse-prezidenti Rauf Əliyev futzal üzrə Avropa çempionatının yarımfinalında Azərbaycan - Portuqaliya matçını izlədikdən sonra Macarıstanı tərk edib. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Əliyev milli komandamızın sabah 3-cü yer uğrunda Çexiyaya qarşı keçiriləcək oyununa canlı baxmayacaq. Əvəzində, assosiasiyanın baş katibi Elxan Məmmədov Debretsen şəhərinə gəlir. Yığmamızın çexlərlə qarşılaşmasında AFFA-nın ən yüksək çinli məmuru məhz Məmmədov olacaq.
Qeyd edək ki, Rauf Əliyev və Elxan Məmmədov Budapeştdə yarışın qrup mərhələsi çərçivəsində Macarıstan və Çexiya ilə görüşləri izləyiblər.
Qeyd edək ki, Rauf Əliyev və Elxan Məmmədov Budapeştdə yarışın qrup mərhələsi çərçivəsində Macarıstan və Çexiya ilə görüşləri izləyiblər.
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0