Debretsendə 10 nəfər qaldıq
30.01.2010 - 00:23
Debretsendə 10 nəfər qaldıq
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının bürünc medalı uğrunda Çexiyaya qarşı keçiriləcək matçın hazırlığını yekunlaşdırıb. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, həmyerlilərimiz yeganə məşqə Bakı vaxtı ilə saat 23:00-da Debretsenin “Foniks” İdman Sarayında çıxıblar.

Yarımfinalda Portuqaliyaya məğlubiyyəti (3:3, penaltilərlə 3:5) unutdurmaq üçün məşq əhval-ruhiyyəni qaldırmaq məqsədi daşıyıb. Buna görə də yığma ilə Futzal Federasiyasının rəhbərliyi arasında oyun keçirilib. Görüşdə hətta baş məşqçi Serjio Alesio da Silva da bacarığını nümayiş etdirib. Rizvan Fərzəliyev, Vitali Borisov, Serjio, Tyaqu və Felipe isə yalnız isinmə hərəkətləri ediblər və məşqin qalan hissəsini kənardan izləyiblər.

Bir saatlıq məşqə cəzalı Nilson Maşado (Bir Jade) qatılsa da, o, çexlərlə matçı buraxacaq. Həmçinin, Silva digər braziliyalı, zədəli Alvesin də xidmətindən də yararlana bilməyəcək.
0