“Neftçi” bu gün yeni futbolçularını ictimaiyyətə təqdim edəcək
01.02.2010 - 00:01
“Neftçi” bu gün yeni futbolçularını ictimaiyyətə təqdim edəcək
“Neftçi” komandası qış fasiləsində transfer etdiyi futbolçuların bu gün təqdimat mərasimini keçirəcək. Bu haqda apasport.az saytına komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

Onun sözlərinə görə, saat 16:00-da “Trend” İnformasiya Agentliyinin konfrans zalında təşkil olunacaq toplantıda yeni futbolçuları Cavid Hüseynov, Valeri Abramidze, Sergey Alekseyev və Vladimir Voskoboynikovu ictimaiyyətə təqdim ediləcək. Tədbirdə klub prezidenti Sadıq Sadıqovun da iştirak edəcəyi gözlənilir.