Branimir Subaşiç: Yollar məni yorub
01.02.2010 - 10:43
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç özünə yeni klub tapmaqda çətinliklə üzləşib. Apasport.az saytının məlumatına görə, müqavilə ilə Serbiyanın “Srvena Zvezda” klubuna məxsus olan 28 yaşlı hücumçu bu komandaya lazım olmadığından yeni iş yeri ilə bağlı axtarışlarını davam etdirir.
Bir müddət əvvəl Türkiyəyə yollanıb karyerasını orada davam etdirmək variantı ilə bağlı danışıqlar aparan serbiyalı “Diyarbəkirspor”la anlaşa bilməməyindən lap dilxor olub. Subaşiçi daha çox klub axtarışı üçün qitəni gəzməyə məcbur olması narazı salır: “Belqrada uçan təyyarəyə güc-bəla ilə çatdım. Lakin Türkiyədən qayıtmaq üçün Sürix və Vyanada dayanmalı oldum. Artıq yollar məni yorub. Amma nə edə bilərəm. Yaza qədər harada oynayacağıma aydınlıq gətirməliyəm”.
Qeyd edək ki, 2008-ci ilin yayında 3 il şərəfini qoruduğu “Neftçi”ni tərk edib “Srvena Zvezda”ya keçən Subaşiç cəmi yarım mövsüm Belqrad təmsilçisində çıxış edib. Ötən il isə serb futbolçu Çinin “Çançun Yatay” klubunda top qovub.

0
0