Anatoli Ponomaryov: İki hücumçu ilə oynamaq asandır
01.02.2010 - 10:48
“Qələbə qazandığımız üçün çox sevinirik. Bu qarşılaşmada iki hücumçu ilə oynadıq ki, bu da işimizi asanlaşdırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov deyib.
Bir müddət əvvəl Türkiyənin “Orduspor” klubuna keçən 28 yaşlı hücumçunun ölkə çempionatının birinci dəstəsində debütü uğurlu alınıb. Komandasının “Qaziantep Böyükşəhər Bələdiyyəspor”u 2:1 hesabı ilə məğlub etməsində Ponomaryovun xidməti olub. Qələbə qolunu vuran hücumçu matçdan sonra fikirlərini açıqlayıb: “Trabzonspor”la kubok matçında tək hücumçu kimi mübarizə aparırdım. Bu səbəbdən daha çox qol imkanı qazandım. Bu dəfə isə həmin imkanlar aramızda bölündü. Ordu azarkeşləri isə bizim 12-ci oyunçumuz oldu”.
Qeyd edək ki, “Orduspor”da debütü “Trabzonspor”la kubok matçına (1:2) təsadüf edən Anatoli həmin oyunda olduğu kimi ölkə çempionatındakı ilk görüşündə də 90 dəqiqə meydanda olub.

0
0