Runi məhkəməyə verildi
01.02.2010 - 10:55
Runi məhkəməyə verildi
“Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi məhkəməyə verilib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçudan 4 milyon funt sterlinq məbləğində təzminat tələb olunur.

Bu iddia ilə Runinin əvvəllər işləri ilə məşğul olan İngiltərənin idarəçilik şirkəti çıxış edib. Onlar həm Ueyn, həm də həyat yoldaşına əldən gedən gəlirin müqabilində kompensasiya istəyir. Ulduz futbolçunun agenti olan Pol Stretford ötən il özbaşına həmin şirkəti tərk edib və iddia də məhz bundan sonra başlayıb.

Bu gün başlanacaq məhkəmə dinləmələrinin üç həftəyə yaxın davam edəcəyi gözlənilir. Məsələnin araşdırılması müddətində Runi öz maliyyə sənədlərini, o cümlədən müqavilənin məbləği ilə məlumatları yeniləməli olacaq.
0