Tanınmış rus hakimlər Azərbaycandan dəvət alıb
01.02.2010 - 11:06
Tanınmış rus hakimlər Azərbaycandan dəvət alıb
Tanınmış rusiyalı hakimlər Andrey Butenko ilə Aleksey Spirin Azərbaycandan dəvət alıb. Apasport.az məlumatına görə, hələ SSRİ çempionatları dövründə idarəçilik edən təcrübəli referilər hakimlərimizlə təlim-məşq toplanışı müddətində işləyəcəklər.

Butenko ilə Spirin belə təklifi Azərbaycanla yanaşı, Baltikyanı ölkələrdən də alıblar. Ruslar hakim-inspektor kimi çalışan bu məşhurların xidmətindən ölkələrində tələb olunmadığını göstərib. Hakimlik sahəsində rusların digər təcrübəli mütəxəssis olan Andrey Budoqosski isə Belarus və Qazaxıstandan olan hakimlər üçün çalışacaq. O, bu ölkələrin referilərinin Türkiyədə iki təlim-məşq toplanışında baş müəllim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, hakimlərimiz da qış fasiləsində Türkiyəyə təlim-məşq toplanışı keçdilər. Onların növbəti fasilə müddətində də ölkədən kənarda hazırlıq keçəcəyi gözlənilir.
0