Ponomaryova “6” verdilər
01.02.2010 - 11:19
Ponomaryova “6” verdilər
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov çıxış etdiyi Türkiyənin “Orduspor” klubunun ən yaxşılarından seçilib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu Türkiyə çempionatının birinci dəstəsində debüt matçında qol vurmaqla ən yaxşılardan biri olub.

Hər matçdan sonra futbolçuların oyununu qiymətləndirən Türkiyə mətbuatı da Ponomaryovun əməyini yüksək dəyərləndirib. Belə ki, “Qaziantep Böyükşəhər Bələdiiyəspor”la 20-ci turun qarşılaşmasında (2:1) komandasının qələbə topunu vuran hücumçuya 6 bal veriblər. Bu “Orduspor”un meydana çıxan 14 oyunçusu arasında ən yüksək qiymətdir. Ponomaryovun komandasında 6 futbolçu belə yüksək qiymətə layiq görülüb ki, Anatoli də onlardan biri olub. Oyunçuların əməyini ulduzlarla qiymətləndirən həmkarlarımız isə hücumçumuz da daxil olmaqla, 3 nəfərə 3, digərlərinə isə 2 ulduz verib.

Qeyd edək ki, 20 turdan sonra hesabında 21 xal olan “Orduspor” 18 komanad arasında 14-cü pillədə qərarlaşıb.
0