Fasilə bitdi: “Neftçi” çətin marafona başlayır, “Olimpik-Şüvəlan” üçün son şans
01.02.2010 - 11:44
Fasilə bitdi: “Neftçi” çətin marafona başlayır, “Olimpik-Şüvəlan” üçün son şans
Unibank Premyer Liqasında 38 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, XVIII milli çempionatda mübarizə həlledici mərhələyə qədəm qoyur. “Altılığ”a düşən komandaların adları məhz son 5 turda müəyyənləşəcək.

İddiaçıların əksərinin XVIII turda zəif rəqiblərlə görüşəcəyini nəzərə alsaq, işləri asan olacaq. Hər halda, “Bakı”, “Simurq”, “Xəzər-Lənkəran” və “İnter”in bu turda qələbə qazanmaq şansı böyükdür. Hələ də “altılığ”a düşmək ümidini itirməyən “Olimpik-Şüvəlan” üçün “Qəbələ” ilə görüş son şansdır. Yəni, “təyyarəçilər” turnir cədvəlində onu 8 xal qabaqlayan rəqibini evdə yenə bilməsə, “altılıq” arzularının üstündən birdəfəlik xətt çəkə bilər. Elə qəbələlilər üçün də sabahkı oyunda xal itkisi yolverilməzdir.

Ramiz Məmmədovun çalışdırdığı komanda qələbə qazanmayacağı halda, əsas rəqiblərindən xal baxımından bir qədər də geri qalmaqla, işini lap çətinləşdirəcək. Üstəlik, “Qəbələ”nin “Olimpik-Şüvəlan”la haqq-hesabı da var. Axı komandanı ölkə kubokunda mübarizədən məhz “təyyarəçilər” kənarlaşdırıb.

Sözsüz ki, turun mərkəzi oyunu “Neftçi” – “Qarabağ” arasında olacaq. Bütün milli çempionatlarda iştirak edən komandaların növbəti derbisi də böyük maraqla gözlənilir. Oyunun çəkisini artıran amil təkcə əzəli rəqabət yox, həm də “qızıl xallar”dır. “Neftçi” ilə “Qarabağ” ilk “altılığ”a düşmək uğrunda gərgin mübarizə aparır. Rəqibindən fərqli, “ağ-qaralar”ın hələ bu vəzifəni böyük ölçüdə yerinə yetirməyiblər. Bu mənada “Neftçi” çətin marafona start verir” desək, yanılmarıq. Axı Vaqif Sadıqovun çalışdırdığı komanda qalan 5 oyundan 4-ü “altılıq”dakı rəqibləri – “Qarabağ”la yanaşı, “Bakı”, “Xəzər-Lənkəran”la və “İnter”lə keçirəcək. Yalnız “Karvan”la görüşü flaqman üçün asan sınaq saymaq olar.

Göründüyü kimi, hər şey “Neftçi”nin öz əlindədir və əsas rəqiblərini məğlub edəcəyi halda, hətta “qızıl xallar”da onları qabaqlamış olacaq. Həm də onu da nəzərə almaq lazımdır ki, Sadıqovun “Neftçi”yə qayıdışı məhz “Qarabağ”la görüşə təsadüf edib. Deməli, 51 yaşlı mütəxəssis keçmiş tələbəsi, hazırda həmkarı olan Qurban Qurbanovdan debütündəki məğlubiyyətin əvəzini çıxmalıdır.

2 fevral

14:00. "Bakı" - "Turan"

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:0

14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ"
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:2

3 fevral

14:00. "Karvan" - "Simurq"

Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:2

15:00. "Neftçi" - "Qarabağ"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:1

16:00. "Xəzər-Lənkəran" - "Standard"
Lənkəran. Mərkəzi stadion
İlk dövrədəki oyun – 2:1

16:00. "İnter" - "Muğan"
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 6:1

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

17

11

3

3

30-16

36

2

"Qarabağ"

17

10

5

2

16-8

35

3

"Xəzər-Lənkəran"

17

10

5

2

24-10

35

4

"Neftçi"

17

8

5

4

18-12

29

5

"Bakı"

17

8

4

5

16-14

28

6

"Simurq"

17

7

7

3

18-13

28

7

"Qəbələ"

17

7

5

5

19-18

26

8

"Olimpik-Şüvəlan"

17

4

6

7

16-18

18

9

"Muğan"

17

3

5

9

12-24

14

10

"Turan"

17

3

4

10

19-26

13

11

"Standard"

17

2

3

12

14-28

9

12

“Karvan”

17

1

4

12

11-26

7


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Adrian Neaqa ("Neftçi") - 7
0