“Barselona”nın zəfəri dünyanı özünə cəlb edib
01.02.2010 - 12:22
“Barselona”nın zəfəri dünyanı özünə cəlb edib
2009-cu ildə ən böyük tamaşaçı auditoriyası toplayan yarışların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnitiative Sports Futures” şirkəti ötən il keçirilmiş turnirlərin televiziya ilə necə izlənməsini araşdırıb.

Hesablamaların nəticələrinə əsasən, UEFA Çempionlar Liqasının final oyunu planetin ən maraqlı yarışı olduğu üzə çıxıb. Belə ki, İspaniyanın “Barselona” klubunun İngiltərə “Mançester Yunayted”i üzərində 2:0 hesablı qələbəsini 109 milyon tamaşaçı izləyib. Okeanın o tayında çox populyar olan Amerika futbolu üzrə çempionatın finalı isə ikinci pillə ilə kifayətlənib. Milli Futbol Liqasının Superboul adlanan həlledici qarşılaşmasında 108 milyon azarkeş “Pittsburq Stilers” və “Arizona Kardinals”ın mübarizəsinə şahid olub. Bu rəqəmlər matç ərzində qeydə alınan orta tamaşaçı sayıdır.

Ümumilikdə isə ÇL-in finalını 206, Superboulu 162 milyon nəfər izləyib. “Formula-1” avtomobil yürüşlərinin BƏƏ-nin Abu-Dabi şəhərindəki mərhələsi orta hesabla 55 milyon auditoriya toplamaqla üçüncü olub. Atletika üzrə dünya çempionatının 100 metr məsafəyə final qaçışı isə 33 milyon izləyici toplayıb.
0