Yığmamızın futbolçusu kiminlə qucaqlaşdı? - FOTO
01.02.2010 - 13:24
Yığmamızın futbolçusu kiminlə qucaqlaşdı? - FOTO
Türkiyənin “Orduspor” klubunda qol hesabını açan Anatoli Ponomaryovun bu sevincini kiminlə bölüşdüyü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu birinci dəstənin 20-ci turunun “Qaziantep Böyükşəhər Bələdiyyəspor”la qarşılaşmasında vurduğu qolu matçdan sonra da qeyd edib.

Komandasına 2:1 hesablı qələbə qazandıran topu vuran 28 yaşlı hücumçu hakimin final fitindən sonra azarkeşlərin alqış sədaları altında fəxri tribunaya qaçıb. Bu zaman “Orduspor”un sabiq rəhbərlərindən biri olan Havri Osma da orada əyləşənlər sırasında idi. Anatoli onun keçidində rolu olan əvvəlki idarə heyətinin üzvü ilə qucaqlaşaraq sevincini bölüşüb.

Ponomaryovun birinci dəstədəki uğurlu debütü türkiyəli həmkarlarımızın da diqqətindən yayınmayıb. Onlar futbolçunun adı ilə bağlı maraqlı qənaətə gəlib. Onların fikrincə, Azərbaycan doğumlu Ponomaryovun adının Anatoli qoyulması ailəsinin Türkiyə sevgisinin təcəssümüdür və özündə Anadolu sözünü əks etdirir.

Qeyd edək ki, Anatoli “Neftçi”nin sabiq futbolçusu, olimpiya çempionu İqor Ponomaryovun oğludur.
0