İkiqat Rusiya çempionu Araz Abdullayevi baxışa çağırdı
01.02.2010 - 16:28
İkiqat Rusiya çempionu “Rubin” klubu Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi sıralarına qatmaq istəyir. Apasport.az saytının xəbərinə görə, bu məlumatı 18 yaşlı hücumçunun şərəfini qoruduğu Bakının “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov açıqlayıb.
Paytaxt təmsilçisinin yeni transferlərin təqdimat mərasimində çıxış edən Süleymanov ikiqat Rusiya çempionunun Arazın keçidi ilə bağlı “Neftçi”yə rəsmi müraciət etdiyini bildirib: “Abdullayevlə bağlı “Rubin”dən rəsmi təklif almışıq. Bu komanda futbolçumuzu baxışa çağırıb. Araz hazırda yığmamızın heyətində Türkiyədə təlim-məşq toplanışındadır. O, yaxın vaxtda “Rubin”ə baxışa gedəcək. Araza dəvətlə klubumuzun prezidenti Sadıq Sadıqovla da söhbət olub. O da bu təklifi müsbət qarşılayıb. “Rubin” yaxşı şəraiti olan Rusiyanın aparıcı klublarından biridir. Abdullayevin keçidi ilə bağlı danışıqlar baş tutacaq. Təbii ki, transferin reallaşmasında futbolçunun da istəyi vacibdir”.
Qeyd edək ki, bu ilin aprelində 18 yaşını qeyd edəcək Abdullayev milli komandada 2 oyun keçirib.

0
0