“Neftçi” tarixi formasına qovuşur
01.02.2010 - 16:42
“Neftçi” tarixi formasına qovuşur
Bakının “Neftçi” klubu gələn mövsümdən yeni formalarda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 2009/10 mövsümündən etibarən özünün tarixi ağ-qara formasına qovuşacaq.

Yeni futbolçuların təqdimat mərasimində çıxış edən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov bu formanın digərlərindən fərqlənəcəyini bildirib. Onun sözlərinə görə, əvvəlki dövrlərdə olduğu kimi, öz doğma rənglərində çıxış edəcək bakılıların geyiminin hazırlanmasına həssas yanaşılır. Belə ki, bu məqsədlə Türkiyədən dizaynerlər dəvət olunub. Artıq 3 gündür ölkəmizdə olan qonaqlar yalnız “Neftçi”yə xas olacaq ağ-qara formanı hazırlayacaq. Yeni geyimlər bu rənglərə üstünlük verən digər komandaların formasından fərqlənəcək.