Rəşad Sadıqovun formasını kim götürdü? - FOTO
01.02.2010 - 16:48
“Neftçi” Unibank Premyer Liqasının ikinci yarısı ərəfəsində yeni transferlərinin təqdimat mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə klubun vitse-prezidenti Tahir Süleymanov, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu, komandanın 4 yeni transferi, həmçinin qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Süleymanov klubun transfer işləri haqda məlumat verib. Sonra 3 əcnəbi və 1 yerli oyunçu yeni nömrələrinə qovuşub. Cavid Hüseynov 11, Vladimir Voskoboynikov 14, Sergey Alekseyev 28, Valeri Abramidze isə 44 nömrəli formanın sahibi olub.
Qeyd edək ki, paytaxt təmsilçisinin 14 nömrəli forması uzun illər komandanın sabiq kapitanı Rəşad Sadıqova məxsus olub.

0
0