“Neftçi”nin yeni transferi “Xəzər-Lənkəran”ı unuda bilmir
01.02.2010 - 17:35
“Azərbaycanda çox sayda dostlarım var. Axı həmyerlilərim arasında karyerasını burada davam etdirənlər az deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova milli komandasının futbolçusu Sergey Alekseyev deyib.
Bakının “Neftçi” klubunun qış transferlərinin təqdimat mərasimində fikirlərini açıqlayan hücumçu yeni iş yerindən razı qaldığını bildirib: “Azərbaycan futbolu haqda yaxşı məlumatım var. Bir neçə dəfə komandalarınıza qarşı oynamışam. İki il əvvəl “Birlik kuboku”nda “Xəzər-Lənkəran”a qarşı oyunu çox yaxşı xatırlayıram. Onda “Şerif” yalnız penaltilər seriyasında uduzdu. Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm. Sevinirəm ki, “Neftçi” kimi bir klubda davam etdirəcəyəm”.

0
0