Cavid Hüseynovun “Neftçi”yə keçidinin səbəbi məlum oldu
01.02.2010 - 17:40
Cavid Hüseynovun “Neftçi”yə keçidinin səbəbi məlum oldu
Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun Bakının “Neftçi” klubuna keçidinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin yeni transferlərinin təqdimatı mərasimində çıxış edən 22 yaşlı futbolçu başqa təkliflər də aldığını bildirib.

O, “Neftçi”yə üstünlük verməsinin səbəbini belə izah edib: “Başqa variantlarım da var idi. Hətta maddi şərtləri daha yüksək olan təkliflər də almışdım. “Neftçi”nin adına görə bu komandanı seçdim. Buna görə daha aşağı maddi şərtlərlə də razılaşdım. İndi də klubun prezidenti Sadıq Sadıqovla təkbətək söhbətimizdə deyilənlərin vaxtlı-vaxtında həyata keçirildiyinin şahidi oluram”.