“Azərbaycanlılara çata bilmirdim”
02.02.2010 - 11:52
“Azərbaycanlılara çata bilmirdim”
Rusiyanın “Tom” klubunun futbolçusu Dmitri Miçkov Azərbaycan komandaları ilə görüşlərlə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi futbolçularımızla meydandakı mübarizənin çətinliyindən danışıb.

Miçkov ardıcıl ikinci ildir qış fasiləsində Türkiyənin Antalya şəhərində klublarımızla yoxlama oyununun iştirakçısı olur. Hər iki halda uğursuzluğa düçar olan “Tom” ötən qış Bakı “İnter”inə (0:1), bu dəfə “Qəbələ” klubuna (1:2) uduzub.

Miçkovun sözlərinə görə, əvvəl azərbaycanlı futbolçuların dalınca nə qədər qaçsa da, onlara çata bilmirmiş: “Biz naməlum komandalarla görüşürdük. Bunlar Azərbaycandan, İsveçrənin ikinci liqasından idi. Mən onlarla oyunlarda heç kimə çata bilmirdim”.

Qeyd edək ki, vaxtilə İsveçrənin “Servett” klubunun futbolçusu olan Miçkov 2003-cü ildə “Rubin”in heyətində Rusiya Premyer Liqasının bürünc medalını qazanıb.