“Neftçi” nəyə can atır?
02.02.2010 - 22:49
Unibank Premyer Liqasının XVIII turunda sabah “Qarabağ”la qarşılaşacaq “Neftçi” uğursuz seriyanı dayandırmağa çalışacaq. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisi 1013 gündür çempionat oyunlarında rəqibini məğlub edə bilmir.
2007-ci il aprelin 27-də səfərdə 2:0 hesabı ilə qalib gələn “Neftçi” son 5 matçda qələbəyə həsrət qalıb. Bu matçlarda bakılıların qazancı 3 heç-heçə olub. Son iki qarşılaşmada isə “Qarabağ” minimal hesablı (1:0) qələbələrə sevinib.
Maraqlıdır ki, həmin vaxt “ağ-qaralar”ı Ağdam təmsilçisinin hazırkı baş məşqçisi Qurban Qurbanov çalışdırırdı. Rəqibini sonuncu dəfə səfərdə məğlub edən “Neftçi”nin öz meydanındakı sonuncu uğuru daha əvvəl olub.
Dörd il əvvəl – 2006-cı il fevralın 16-da baş tutan matçda bakılılar qonaqları iki cavabsız qolla məyus etmişdi. Hələ Ağasəlim Mircavadovun “Neftçi”yə rəhbərlik etdiyi dövrdə qeydə alınan həmin qələbədən sonra ağdamlılar 3 səfər oyunundan xalla ayrılıb.
Qonaqlar 2 dəfə qolsuz heç-heçə, bir dəfə minimal hesablı qələbəni bayram ediblər. Bir sözlə, öz meydanında 1448 gündür “Qarabağ”ı uda bilməyən dördqat ölkə çempionu bu müddətdə qola da həsrət qalıb.

0
0