“Turan”ın “Bakı”ya uduzmasının əsl səbəbi açıqlandı
02.02.2010 - 16:44
“Turan”ın “Bakı”ya uduzmasının əsl səbəbi açıqlandı
“Turan”la oyunda qələbə bizim üçün çox vacib idi. Şadam ki, hesabımıza növbəti 3 xalı yazdıraraq, “altılıq” uğrunda mübarizəni davam etdiririk”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bülənt Korkmaz “Turan”la keçirilən oyundan (2:1) sonra mətbuat konfransında deyib.

Türkiyəli çalışdırıcı komandasının qapısına vurulan yeganə qol barədə geniş danışmaq istəməyib. O, “Turan”lı Rəşid Həsənovun 60-cı dəqiqədə qapıçı Marko Şarliyanın əlində tutduğu topu qapıya göndərdiyi epizodla bağlı yalnız bunları söyləyib: “Həmin epizodun videoyazısına baxdıqdan sonra fikrimi açıqlaya bilərəm”.

“Turan”ın baş məşqçisi Nizami Sadıqov cəzalı olduğundan, onu mətbuat konfransında Sakit Alıyev əvəzləyib. Tovuz klubunun məşqçisi minimal fərqli məğlubiyyətin səbəbini söyləyib: “Komandamızın oyunundan razı qaldım. Məğlubiyyətə səbəb qış fasiləsində yoldaşlıq görüşləri keçirə bilməməyimizdir. Oyun təcrübəsinin azlığı uduzmağımızla nəticələndi”.