“Bu məğlubiyyətlə mübarizə bizim üçün başa çatdı”
02.02.2010 - 16:51
“Bu məğlubiyyətlə mübarizə bizim üçün başa çatdı”
“Mən elə düşünmürəm ki, komandamız qış fasiləsinə qədər bundan yaxşı oynayırdı. Biz bu gün də yaxşı oynadıq. Sadəcə, futbol səhvlər üzərində qurulub. Rəqib bu oyunda səhvdən yararlanaraq qol vurdu, biz isə yox”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Unibank Premyer Liqasının qış fasiləsindən sonra ilk turda “Qəbələ” ilə vacib ev oyununa çıxan “təyyarəçilər” 0:2 hesabı ilə uduzdu. Elə Süleymanov da bu nəticədən sonra “altılıq” şanslarının qalmadığını etiraf edib: “Bu məğlubiyyətlə mübarizə bizim üçün başa çatdı. Ancaq bu, o demək deyil ki, qalan görüşlərdə oynamayacağıq. Yenə meydanda mübarizə aparıb, maksimim xal qazanmağa çalışacağıq. “Qələbə”ni bu qələbə ilə ürəkdən təbrik edirəm. Onlar bizdən fərqli, bu gün qol imkanlarından, rəqib səhvindən istifadə etdi. Bizdə komandada yeni futbolçular və onlara uyğunlaşmağa vaxt lazımdır”.

Qeyd edək ki, turnir cədvəlində 8-ci yerdə gedən “Olimpik-Şüvəlan” bir oyunu ehtiyatda olan “Simurq”dan 10 xal geridədir.