İcraiyyə Komitəsindən sərt qərar
02.02.2010 - 17:12
İcraiyyə Komitəsindən sərt qərar
Qazaxıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin növbəti yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, qurum Ust-Kamenoqorskun “Vostok” klubunda baş verənləri müzakirə edib.

İclasda son 3 ildə oyunçularına, məşqçilərinə, agentlərə və digər işçilərinə pul verə bilməyən və ümumilikdə borcları 1 milyon 360 min ABŞ dollarına çatan klubla bağlı sərt qərar qəbul olunub. “Vostok” rəhbərliyinə borclarını ödəmək üçün yanvarın 30-dək vaxt verən və fevralın 1-də bunu təsdiq edən sənədləri gözləyən federasiya Premyer Liqa təmsilçisini aşağı dəstəyə göndərib. Birinci diviziona yollanan Ust-Kamenoqorsk təmsilçisini Premyer Liqada “Okjetpes” əvəz edəcək.