AFFA dünya çempionunu Bakıya gətirtdi - FOTO
02.02.2010 - 17:23
AFFA dünya çempionunu Bakıya gətirtdi - FOTO
AFFA və Almaniya Futbol İttifaqı arasında mövcud əməkdaşlıq çərçivəsində almaniyalı futbolçu, dünya və Avropa çempionu, olimpiadanın mükafatçısı Renate Linqor Bakıya gəlib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qonaq öncə Futbol Akademiyasına baş çəkib. Daha sonra Linqor qadınlardan ibarət Azərbaycan milli komandasının məşq prosesində iştirak edib.

Qeyd edək ki, almaniyalı futbolçu AFFA rəhbərliyinin dəvəti ilə paytaxtımıza təşrif buyurub. Linqorun ölkəmizə dəvət olunmasında məqsəd Azərbaycanda qadın futbolunu təbliğ etməkdir.