6 ayda 4 klub dəyişən futbolçumuz
03.02.2010 - 00:05
Azərbaycan milli komandasının sabiq qapıçısı Rauf Mehdiyev yarım il ərzində 4 dəfə klubu dəyişib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu ötən mövsümün yayında “Olimpik”dən “Simurq”a transfer olunub. Lakin Mehdiyev Zaqatala təmsilçisindən daxili yarışlarda debüt etməmiş ayrılıb. O, yalnız Avroliqada İsrailin “Bney Yehuda” klubu ilə oyunlarda (0:1 və 0:3) “Simurq”un şərəfini qoruyub.
Zədə amili və baş məşqçi Roman Pokora ilə problemlər ucbatından Rauf qış fasiləsi başlayan kimi, “İnter”lə müqavilə imzalayıb. İndi isə Mehdiyev Premyer Liqanın liderini autsayderə - “Karvan”a dəyişib: “Bilirsiniz, “Karvan”ın şərtləri daha yaxşı idi. Bu, həm maddi, həm də digər məsələlərlə əlaqədardır. Qış fasiləsi başlayan kimi, bu variant olsaydı, onu dəyərləndirərdim. Ancaq “Karvan”a keçidim “transfer pəncərəsi” bağlanmasına az qalmış yarandı. “İnter”də qapıçıların sayı çoxdur. “Karvan”da isə oyun praktikası qazanmaq imkanım daha yaxşı olacaq. Yevlaxa yollanıram və evdə “Simurq”la oyunumuz var. Mənim üçün prinsipial xarakter daşıyan bu görüşdə oynamağı çox istəyirəm. Ancaq buna baş məşqçi Yunis Hüseynov qərar verəcək. Komandaya yeni qoşulduğuma, yol yorğunluğuna görə kənarda qala bilərəm. Hesab edirəm ki, “Simurq”dan xal ala bilərik”.
Qeyd edək ki, “İnter” hazırda turnir cədvəlində 1-ci, “Karvan” isə son pillədə yer alıb. Yevlaxlılar türkmən Pavel Xarçiklə vidalaşdıqdan, Hüseyn Məhəmmədovun qayıdışı isə baş tutmadıqdan sonra yalnız 20 yaşlı rusiyalı qapıçı İvan Vasilyevin ümidinə qalmışdılar.

0
0