Sadıq Sadıqov: Sabah “Qarabağ”la görüşdə 3 xal qazanmalıyıq!
02.02.2010 - 22:12
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov bu gün futbolçularla görüşüb. Bu barədə apasport.az saytına komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, Sadıqov sabah Unibank Premyer Liqasının XVIII turu çərçivəsində “Qarabağ”la keçiriləcək derbi oyununda kollektivə uğurlar arzulayıb və öz növbəsində “altılıq”da qalmaq üçün bu prinsipial qarşılaşmada 3 xal qazanmağın vacibliyini bildirib.
Sabah komandanın kapitan sarğısında meydana çıxaracaq Rail Məlikov isə çıxışında qeyd edib ki, çempionatın ikinci mərhələsinə qələbə ilə başlamaq üçün əllərindən gələni edəcəklər.

0
0