Vaqif Cavadovun debütü yenə baş tutmadı - YENİLƏNİB
03.02.2010 - 23:13
Hollandiya çempionatında XXI turun oyunları start götürüb. Apasport.az saytının xəbərinə görə, milli komandamızın üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” öz meydanında “Hеrakles” klubunu qəbul edir. Bakı vaxtı ilə saat 23:00-da başlayan qarşılaşmada həmyerlimizin də meydana çıxacağı gözlənilsə də, onun debütü yenə baş tutmayıb. Belə ki, baş məşqçi Stiv Maklaren Cavadovun adını ötən tur olduğu kimi, yenə də “18”liyə salmayıb.
Qeyd edək ki, hazırda “Tvente”nin aktivində 52 xal var turnir cədvəlində PSV ilə 1-2-ci pillələri bölüşdürür. “Herakles” isə liderlərdən 19 xal az toplayıb.
Qeyd edək ki, hazırda “Tvente”nin aktivində 52 xal var turnir cədvəlində PSV ilə 1-2-ci pillələri bölüşdürür. “Herakles” isə liderlərdən 19 xal az toplayıb.
0
0