“Mənim “Turan”ın prezidenti olmaq fikrim yoxdur”
04.02.2010 - 00:09
“Mənim “Turan”ın prezidenti olmaq fikrim yoxdur”
“Turan”ın prezidenti seçiləcəyimlə bağlı mətbuatda yayılan xəbərlər həqiqətəuyğun deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun sabiq prezidenti Yaşar İbrahimov deyib.

O, “Turan”ın boş qalmış prezident postuna seçilmək istəmədiyini bildirib: “Mənim kifayət qədər işim var. Buna görə də “Turan”ın prezidenti olmaq fikrim yoxdur. Ancaq kənarda qalsam da, komandaya müəyyən köməklik edirəm. Yeni prezidentin adı yaxın günlərdə keçiriləcək İdarə Heyətinin iclasında bilinəcək. Əgər məni bu vəzifəyə seçsələr, bununla razılaşmayacağam”.

Qeyd edək ki, “Turan”ın prezidenti Musa Süleymanov bir neçə gün öncə istefa verib.