Biabırçılıq: “Neftçi” üç gün öncə təqdim etdiyi hücumçunu geri qaytardı
04.02.2010 - 00:13
Bakının “Neftçi” klubunun yeni transferi Sergey Alekseyevin transferində problem yaranıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, Moldova yığmasının 24 yaşlı hücumçusunun transferi baş tutmayıb.
“Alekseyev “Qarabağ”la oyuna bizimlə birgə hazırlaşmırdı. Oyun öncəsi düşərgəmizdə deyildi. Sergeylə müqavilə imzalanmışdı. Sadəcə, onun şəxsi müqaviləsinin şərtlərində anlaşılmazlıqlar yaranıb. Bildiyimə görə, bu legioner sifariş olunub, transfer vərəqəsi də gəlib. Onun adı iştirak ərizəsində varsa, problemi aradan qaldırandan sonra xidmətindən istifadə edə bilərik. Bu mənada Alekseyevin məsələsi açıq qalır və problemin nə vaxt yoluna qoyulacağını dəqiq deyə bilmirəm. Həmin məsələlərlə rəhbərlik məşğul olur” – deyə Sadıqov bildirib.
Qeyd edək ki, “Neftçi” həftənin ilk günündə yeni futbolçularının təqdimetmə mərasimində Kişinyovun “Zimbru” klubundan gələn Alekseyevi də mətbuat qarşısına çıxarmışdı.

0
0