Junivan Suares “Olimpik-Şüvəlan”a qayıtdı
03.02.2010 - 21:41
Junivan Suares “Olimpik-Şüvəlan”a qayıtdı
“Olimpik-Şüvəlan” klubu “transfer pəncərəsi”nin bağlanmasına 1 gün qalmış daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının xəbərinə görə, “təyyarəçilər” Tovuzun “Turan” komandasından braziliyalı Junivan Suareslə anlaşıb. Artıq hər iki komanda rəhbərliyi arasında razılıq əldə olunub.

Xatırladaq ki, Junivan mövsümün əvvəlində “Turan”a məhz “Olimpik-Şüvəlan” klubundan keçmişdi.