Vaqif, bəlkə fevralın 7-də?
04.02.2010 - 09:54
Hollandiya futbol çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Enshedenin “Tvente” klubu XXI turda “Herakles”i qəbul edib. Matçın hər hissəsində 1 qol vuran Stiv Maklarenin yetirmələri 2:0 hesablı qələbə qazanıb. Enshede təmsilçisinin qollarını Ruiz və Nkufo vurub.
Vaqifin “18-liy”ə belə, düşmədiyi oyundakı qələbədən sonra “Tvente” xal hesabını 55-ə çatdırıb. 21 turdan sonra 2-ci yerdə qərarlaşan Cavadovun komandası eyni xala malik PSV-dən yalnız əlavə göstəricilərə görə geri qalır.
Qeyd edək ki, “Tvente” növbəti matçını fevralın 7-də səfərdə Hollandiyanın ən məşhur komandası “Ayaks”a qarşı keçirəcək. “Amsterdam-Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Hazırda üçüncü pillədə qərarlaşan “Ayaks” enshedelilərdən 9 xal geri qalır.

0
0