“Olimpik-Şüvəlan”ın futbolçusu: Artıq məni bezdirdilər
04.02.2010 - 10:03
“Artıq məni bezdirdilər. Həmin başıbəlalı oyunu heç kim verməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Olimpik-Şüvəlan” klubunun futbolçusu Sergey Laşenkov deyib.
Moldovalı müdafiəçinin Ukrayna çempionatının 2007/08 mövsümündə keçirilən “Metallist” - “Karpatı” oyununu satması haqda xəbərlər səngimək bilmir. 30 yaşlı əcnəbi ukraynalı jurnalistlərə açıqlamasında növbəti dəfə ittihamları əsassız sayıb: “Biz həmin matçı oyuna görə uduzduq. Həqiqətən də mən avtoqol müəllifi oldum. Lakin qapıya gedən topu çıxarmağa çalışdım və bunu bacarmadım. Bütün məsuliyyətlə bəyan edirəm ki, heç bir oyun satmamışam və danışılmış matçlarda iştirak etməmişəm. Mənim özümə də çox maraqlıdır ki, həmin videoyazıda kimdir. Bir də ki, niyə bu hadisə 2 il sonra üzə çıxıb?”.
Qeyd edək ki, Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis İcraiyyə Komitəsinin iclasında danışılmış oyunla bağlı faktlara malik olduqlarını bildirmişdi. Onun sözlərinə görə, “Karpatı” klubunun rəhbərliyi federasiyaya videolent təqdim edib. Həmin kadrlarda lvovluların sabiq futbolçularından birinin etirafları əksini tapıb. Oyunçu 2008-ci il aprelin 19-da keçirilən “Metallist”ə bilərəkdən uduzduqlarını və bunun müqabilində hər futbolçunun 10 min dollar qazandığını söyləyib. Ukrayna mətbuatı da həmin videolentin izinə düşərək, Laşenkovdan şübhələnir.

0
0