“Neftçi”dən ayrılan futbolçu Kiprə gedir
04.02.2010 - 10:28
“Neftçi”dən ayrılan futbolçu Kiprə gedir
Bakının “Neftçi” klubunun sabiq legioneri Andrey Stepanov karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, cari mövsümün ilk mərhələsini “ağ-qaralar”ın heyətində keçirən 31 yaşlı eston müdafiəçi Kiprin Larnaka şəhərində təlim-məşq toplanışında olan “Ximki”yə baxışa çağırılıb.

Qeyd edək ki, dördqat Azərbaycan çempionunun heyətində möhkəmlənə bilməyən Stepanov daha çox ehtiyatda qalıb. O, “Neftçi”nin heyətində ümumilikdə 282 dəqiqə meydanda olub. Bunlardan 147-si çempionat (1 sarı vərəqə), 135-i ölkə kubokuna təsadüf edir.