Azərbaycan yığmasının futbolçusu Braziliyada debüt etdi
04.02.2010 - 11:29
Azərbaycan yığmasının sabiq futbolçusu Leandro Qomeş Braziliyanın “Amerikano” klubunda debüt edib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu Braziliyanın ən nüfuzlu turnirlərindən sayılan Rio-de-Janeyro ştatının birinciliyinin 6-cı turunun iştirakçısı olub. İlk 5 turda “Amerikano”nun baş məşqçisi olan Heron Ferreyranın güvənmədiyi futbolçuya bu postdakı dəyişiklik düşərli olub. Yeni baş məşqçi Alfredo Sampayo Qomeşi “Banqu” ilə səfər matçında meydana buraxıb. Oyunun gedişində Elsonu əvəzləyən Leandro komandasını xilas edə bilməyib və “Amerikano” ardıcıl 6-cı məğlubiyyətini alıb – 0:2.
0
0