Vaqif Cavadov “Tvente” klubunun əsas yox, əvəzedici heyətində
04.02.2010 - 11:42
Vaqif Cavadov “Tvente” klubunun əsas yox, əvəzedici heyətində
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Hollandiyanın “Tvente” klubunda debüt edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçunun qeyri-rəsmi debütü əvəzedici heyətdə rəsmiləşib.

Cavadov Almaniyanın “Bohum” klubunun 23 yaşadək futbolçulardan ibarət komandası ilə oyununun iştirakçısı olub. Almaniyalılar Cavadovun komandasına “dərs keçiblər” - 4:1. Vaqif bu “dərs”də cəmi 45 dəqiqə iştirak edib. Belə ki, baş məşqçi Rene Ake futbolçumuzu start heyətdə meydana buraxsa da, fasilədən sonra ona ehtiyac duymayıb.