Bakının qonağı olan ikiqat dünya çempionu: Bu mənim üçün şərəfdir
04.02.2010 - 12:22
“Azərbaycanda olmaq, Azərbaycan milli komandasının hazırlıqlarında iştirak etmək mənim üçün şərəfdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Almaniya milli komandasının sabiq futbolçusu Renate Linqor deyib.
Hazırda xanım futbolçulardan ibarət yığmamızın Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edən ikiqat dünya və ikiqat Avropa çempionu FİFA-nın rəsmi internet saytına açıqlama verib. 35 yaşlı futbol veteranı AFFA-nın dəvəti ilə ölkəmizə gəlməsindən məmnunluğunu gizlətməyib: “Azərbaycanda qadın futbolunun bundan sonrakı inkişafına töhfəmi verəcəyimə ümid edirəm. Düşünürəm ki, bu xidmətlərimlə 2011-ci ildə keçiriləcək dünya çempionatının səfiri ola bilərəm”.
Qeyd edək ki, olimpiya oyunlarının 3 qat bürünc mükafatçısı olan Linqor Pekin Olimpiadasında Almaniya yığmasının nüfuzlu 10 nömrəli formanı daşıyıb.

0
0