“Real” çempionluğa görə mükafatı açıqladı
04.02.2010 - 13:01
“Real” çempionluğa görə mükafatı açıqladı
İspaniyanın “Real” klubunun rəhbərliyi cari mövsümdə qazanılacaq titullar üçün futbolçularına verəcəyi mükafatın məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında zəfər hər oyunçunu 575 min, Primerodakı qələbə isə 350 min avro zənginləşdirəcək. Klub prezidenti Florentino Peres, baş direktor Xorxe Valdano və idman direktoru Emilio Pardes, həmçinin komandanın 4 futbolçusu – Raul, Kasilyas, Quti və Serxio Ramosun iştirakı ilə keçirilən müzakirələrdən sonra belə qərar qəbul olunub.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 22-də məhz “Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu”da olacaq.