Vlastimil Petrjela: Mən dəfələrlə onun qonağı olmuşam
04.02.2010 - 13:07
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiya Futbol İttifaqında (RFİ) prezident seçkilərinə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, bu ölkədə “Zenit” komandasını 3 il uğurlu çalışdırması ilə yadda qalan çexiyalı mütəxəssis yeni prezident Sergey Fursenkonu yaxşı tanıyır.
Belə ki, “Zenit”in prezident postundan indiki vəzifəyə seçilən Fursenko Petrjela ilə də çalışıb. Çexiyalı çalışdırıcı yeni prezidentin RFİ-yə, ölkə futboluna fayda verəcəyinə şübhə etmədiyini bildirib: “Əlbəttə, Fursenkonun görüləsi işləri var. O, bütün ölkədə stadionlar tikməli, çox şeyi dəyişdirməlidir. Çətin ki, ona bir təşkilatçı kimi suallar olsun. Çünki Fursenko peşəkardır və yeni işində ilk olaraq nə edəcəyini yalnız özü bilir. Onun “Zenit”ə əlindən gələni etdiyini bilirəm. Bundan əlavə, Fursenkonun ailəsini yaxşı tanıyıram, dəfələrlə onun qonağı olmuşam. Onu deyə bilərəm ki, yeni prezident ciddi rəhbər, ən əsası, təmiz insandır”.
Qeyd edək ki, Petrjela “Neftçi”ni 4 ay çalışdırıb. O, 2008-ci ilin ilk günlərində “ağ-qaralar”dan qovulub.

0
0