Avro-2012: Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında!
04.02.2010 - 13:31
Avro-2012: Azərbaycan yığması arzuolunmaz rəqiblər siyahısında!
Avro-2012-nin seçmə mərhələsinin fevralın 7-də atılacaq püşkü ərəfəsində iştirakçı ölkələrin əksəriyyətində arzulanan və arzuolunmaz rəqiblərlə bağlı müzakirələr gedir. Apasport.az saytının məlumatına görə, avstriyalı həmkarlarımız seçmə mərhələdəki rəqiblərlə bağlı müəyyən fikrə gəliblər. Maraqlıdır ki, onların seçimində Azərbaycan milli komandasının da adı hallanır. Avstriyalılar son vaxtlar yüksəlişdə olan yığmamızı arzuolunmaz rəqiblərin siyahısına daxil ediblər.

6 komandanın mübarizə aparacağı qrupa düşmək istəyən mərkəzi avropalılar 6-cı - yəni sonuncu səbətdə hamıdan güclü saydıqları millimizdən uzaq düşmək arzusundadırlar. Avstriya üçün arzuolunmaz elan olunan komandalar siyahısında Azərbaycanla yanaşı, I səbətdən İspaniya, II səbətdən Yunanıstan, IV səbətdən Sloveniya və V səbətdən Çernoqoriya var. III səbətdə yer alan avstriyalılar millimizi yayda CAR-da keçiriləcək DÇ final mərhələsinin 3 iştirakçısı sırasına qoyub. Avstriyalıların xəyallarında canlanan ideal qrup isə Xorvatiya (I səbət), İsveç (II səbət), Belarus (IV səbət), Lixtenşteyn (V səbət) və San-Marinodan (VI səbət) ibarətdir.

Xatırladaq ki, seçmə mərhələnin 51 komandası 5-də 9, 1-də 6 komanda olmaqla 6 səbətə bölünüb. Sonuncu səbətin komandaları düşən qruplarda 6, digər 3 qrupda 5 komanda mübarizə aparacaq.

I səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Xorvatiya, Portuqaliya, Fransa, Rusiya.

II səbət: Yunanıstan, Çexiya, İsveç, İsveçrə, Serbiya, Türkiyə, Danimarka, Slovakiya, Rumıniya.

III səbət: İsrail, Bolqarıstan, Finlandiya, Norveç, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Bosniya və Herseqovina.

IV səbət: Sloveniya, Latviya, Macarıstan, Litva, Belarus, Belçika, Uels, Makedoniya, Kipr.

V səbət: Çernoqoriya, Albaniya, Estoniya, Gürcüstan, Moldova, İslandiya, Ermənistan, Qazaxıstan, Lixtenşteyn.

VI səbət: AZƏRBAYCAN, Lüksemburq, Malta, Farer adaları, Andorra, San-Marino.