Ermənistan Avro-2012-də Türkiyə və ya Azərbaycanla eyni qrupa düşəcək?
04.02.2010 - 13:52
Ermənistan Avro-2012-də Türkiyə və ya Azərbaycanla eyni qrupa düşəcək?
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində yaranmış ləngiməyə həftənin sonunda ciddi təkan verilə bilər. Apasport.az saytının xəbərinə görə, bunu Ermənistanın “Aykakan jamanax” qəzeti yazıb: “Dalana dirənmiş prosesə həftə sonunda Polşada təkan veriləcəyi gözlənilir”.

Qeyd edək ki, fevralın 7-də Varşavada futbol üzrə 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçiriləcək. Qəzetin məlumatına görə, ABŞ Ermənistan və Türkiyə millilərinin eyni qrupa düşməsi üçün əlindən gələni edir: “Püşkatma zamanı Ermənistan və Azərbaycan millilərinin də eyni qrupda yer alacağı istisna olunmur”.

Mənbə: milli.az