AFFA-nın I vitse-prezidenti Avropa Şurasının iclasına qatılıb
04.02.2010 - 14:21
Avropa Şurasının Parisdəki qərargahında şuranın idmanın idarə edilməsi üzrə komissiyasının növbəti büro iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, tədbirdə 30-dan çox məsələ müzakirə olunub, Nizamnamə komitəsinin sonuncu iclasının, Avropa ölkələrinin idman nazirlərinin XI konfransının və bədən tərbiyəsinə həsr olunmuş dəyirmi masanın yekunları barədə məlumat verilib. İdman etikası kodeksi, idmanda muxtariyyət və diskriminasiya mövzusunda və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Tədbirdə AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak edib.
affa.az
affa.az
0
0