Mübariz Mənsimovdan yeni layihə
04.02.2010 - 14:32
Mübariz Mənsimovdan yeni layihə
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov İstanbuldakı “İsmət İnönü” stadionunun yenidənqurma işlərinə vəsait ayıracaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, tanınmış iş adamı “Beşiktaş”ın ev oyunlarını keçirdiyi arenanın müasir tələblərə cavab verməsi üçün xərcə düşməyə hazırdır.

Klubun İdarə Heyətinin üzvü Ələddin Aykaç Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirib ki, Mənsimov onlara kömək edəcək: “Tribunaların bir hissəsinin yenidənqurma işləri ilə sponsorlar məşğul olacaq. Digər xərclər isə azərbaycanlı iş adamının üzərinə düşür. Məqsədimiz “İsmət İnönü”nü Avropanın ən öncül arenalarından birinə çevirməkdir”.