Vaqif Cavadov bu gün də oynasa...
04.02.2010 - 14:51
Vaqif Cavadov bu gün də oynasa...
Bu gün əvəzedicilər arasında Hollandiya çempionatının növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu Enshedenin “Tvente” klubunun əvəzediciləri “Den Haaq” ilə qarşılaşacaq.

Əsas komandada hələ debüt şansı qazanmayan, Hollandiyadakı yeganə oyununu məhz əvəzedicilərin heyətində keçirən 21 yaşlı hücumçu yenə Rene Akenin sərəncamında olacaq. Almaniya “Bohum”unun gəncləri ilə yoldaşlıq matçında yalnız 1 hissə baş məşqçiyə lazım olan Vaqif bu gün də əvəzedicilərin sırasında peyda ola bilər. Bu baş verərsə, Cavadovun Hollandiya çempionatında rəsmi debütü gerçəkləşəcək. “Tvente”nin əvəzediciləri keçirdikləri 15 matçdan sonra 29 xal toplayaraq, 14 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Tvente” – “Den Haaq” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.