UEFA-dan milli komandamıza zərbə!
04.02.2010 - 15:14
UEFA-dan milli komandamıza zərbə!
UEFA-nın yaxın günlərdə qəbul etmək istədiyi qərar Azərbaycan futzal yığmasına böyük zərbə vura bilər. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu futzal yığmalarındakı kütləvi milliləşmə ilə mübarizə aparmaq qərarına gəlib.

Vəziyyətdən çıxış yolu axtaran UEFA yenilik etməyərək futbolda tətbiq olunan qaydanın futzala da tətbiqinin tərəfdarıdır. Bu isə o deməkdir ki, hər yığmada yalnız 2 milliləşən legioner çıxış edə bilər. Onların da hər biri ən azı son 5 ildə həmin ölkənin çempionatında oynamış olsun. UEFA bu qaydanı artıq növbəti Avropa çempionatından tətbiq etmək fikrindədir.

Qeyd edək ki, ötən ay Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsində 4-cü yeri tutan Azərbaycan yığmasının heyətində 5 braziliyalı və 2 rusiyalı futzalçı yer almışdı. Onların biri istisna olmaqla, hamısının yığmada əsas fiqur olduğunu nəzərə alsaq UEFA-nın yeniliyi millimizin əleyhinə olacaq.