Ruslan Abışova daha iki xarici klubdan təklif
04.02.2010 - 15:28
Ruslan Abışova daha iki xarici klubdan təklif
Azərbaycan yığmasının və “Neftçi”nin futbolçusu Ruslan Abışov daha iki xarici klubdan təklif alıb. Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi Skandinaviya yarımadası, daha dəqiqi Norveç təmsilçilərinin maraq dairəsinə düşüb. Həmvətənimizi bu ölkənin “Stebek” və “Brann” klubları öz heyətində görmək istəyir. Abışovun təklifə nə cavab verəcəyi hələlik bilinmir.

Son mövsümdə bürünc mükafata layiq görülmüş “Stebek”dən fərqli, “Brann” daha məşhurdur. Norveçin ikinci ən böyük şəhəri olan Bergenin komandası bir neçə dəfə çempionluq sevinci yaşayıb, eləcə də avrokuboklarda qüvvəsini sınayıb. 2009-cu ili isə “Brann”ın heç də aktivinə yazmaq olmaz - 44 xalla 5-ci pillə.

Qeyd edək ki, son aylarda Ruslana Rumıniyanın “Styaua”, İsveçin AİK və “Yurgorden” klubları da maraq göstərib.

Mənbə: extratime.az