Vaqif Sadıqov təkzib etdi: Onun transferinin təşəbbüskarı mənəm
04.02.2010 - 15:40
“Qarabağ”la oyundan sonra istefa verməyimlə bağlı deyilənlərə ciddi yanaşmıram. Biz həmin görüşdə pis təsir bağışlamadıq. Nəyə görə istefa verməliyəm ki?” Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Unibank Premyer Liqasında fasilə bitəndən sonra ilk turda əzəli rəqibi “Qarabağ”ı qəbul edən “ağ-qaralar” qolsuz heç-heçə etməklə, vacib 2 xal itirdi. Buna baxmayaraq, Sadıqov rəhbərliyin ona dəstək olduğunu bildirib: “Prezidentimiz Sadıq Sadıqov “Qarabağ”la oyunda da bizimlə birgə idi. Bu səbəbdən klub prezidenti ilə görüş təyin etməyə ehtiyac yoxdur”.
Ötən ilin sentyabrından “Neftçi”ni çalışdıran 51 yaşlı mütəxəssis yeni transfer Cavid Hüseynovun onun istəyi olmadan alınması ilə bağlı deyilənlərin həqiqətəuyğun olmadığını söyləyib: “Bu, tam əksinədir. Onu deyə bilərəm ki, Cavidin transferinin təşəbbüskarı mən olmuşam. Sağ olsun, Sadıq müəllim də sözümü yerə salmadı. Bizdə belə bir şey yoxdur ki, baş məşqçinin razılığı olmadan futbolçu alınsın. Mən bir baş məşqçi kimi gedən-gələn oyunçuların hamısından xəbərdaram. Sadəcə, Cavid debüt oyunda qırmızı vərəqə almaqla komandanı pis vəziyyətdə qoydu. Biz də onu maddi planda cəzalandırmışıq. Bu gün iclasımız oldu və futbolçuya cəzası elan oldu. Bizdə klubdaxili nizam-intizam məcəlləsi var və futbolçular da onunla tanışdır, hansı cəza gözlədiyini bilirlər”.
Qeyd edək ki, “altılıq” uğrunda mübarizə aparan rəqiblərindən “Bakı, “Xəzər-Lənkəran” və “İnter”lə oyunları qalan “Neftçi” hazırda turnir cədvəlində 5-ci yerdədir.

0
0