30 yaşlı gözəlçənin ehtirası - FOTO
04.02.2010 - 15:56
30 yaşlı gözəlçənin ehtirası - FOTO
Meksika çempionatında keçirilən “Monterrey” - “Krus Asul” matçı amerikalı xanım Ketrin Li Spenseri ehtirasa gətirib. Apasport.az saytının məlumatına görə, görüşü tribunadan izləyən 30 yaşlı sarışın ətrafdakı azarkeşlərə əsl həzz dəqiqələri yaşadıb.

O, oyunun gedişində bir neçə dəfə futbolkasını qaldıraraq, bədənini nümayiş etdirib. Yaxınlıqdakı azarkeşlər cazibədar bədən ölçülərinə malik Ketrinə təəccüb və acgözlüklə baxıblar.

Ancaq bu hərəkətləri amerikalı xanıma 600 dollar cərimə bahasına başa gəlib. O, bəzi əşyaları hərraca çıxarmaqla, cəriməni ödəmək niyyətindədir. İstənilən halda, Spenser Meksikada bir anın içində ulduza çevrilib.