Yığmamız 12, Araz Abdullayev 4 qol vurdu
04.02.2010 - 16:05
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bernard Lippertin yetirmələri İsveçrənin aşağı dəstə təmsilçisi “Sent Marqrethen” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Almaniyalı mütəxəssis Azərbaycan karyerasında ən böyük hesablı qələbəsinə şahid olub. Belə ki, komandamız bu günkü oyunda 12:0 hesabı ilə qalib gəlib. Millimizin qollarını Araz Abdullayev (4 qol), Elnur Abdulov (2), Amit Quluzadə, Orxan Həsənov, Eldar İsmayılov, Kamil Nurəhmədov, Həsən Allahyarov və Eltun Yaqublu vurublar.
Qeyd edək ki, bu yığmamızın Antalyada ilk yoxlama oyunu idi.

0
0