“Neftçi” klubunun almaq istədiyi güclü qapıçı kimdir?
04.02.2010 - 16:12
“Transfer pəncərəsi”nin son günündə yeni futbolçu almadıq. Mövsümün sonunadək mübarizəni indiki heyətlə davam etdirəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib. Onun sözlərinə görə, komandaya yeni qapıçının gəlişi gözlənilsə də, bu, müəyyən səbəblərdən baş tutmayıb.
“Qapıçılarımızın hər ikisində – həm serb Vladimir Miçoviçdə, həm də litvalı Paulius Qribauskasda ciddi zədə problemi var. Qribauskas Türkiyədə hazırlıq prosesində zədə aldı. Miçoviçin hələ Bakıda olarkən belə problemi yarandı və sonradan daha ciddiləşdi. Hər ikisi eyni səviyyəli qapıçıdır. Onlardan da güclü qapıçı almaq istəyirdik. Ancaq bu baş tutmadı və məsələ artıq bağlandığı üçün əlavə nəsə deməyə lüzum görmürəm”.
Sadıqov Rusiya Premyer Liqasında çıxış edən Permin “Amkar” klubunun transferə çıxardığı braziliyalı yarımmüdafiəçi Artur de Oliveyru Vilyamla maraqlandıqlarını təsdiqlədi. Təcrübəli mütəxəssis belə bir legionerin sərəncamında görmək istədiyini gizlətmədi: “Türkiyədə son yoxlama oyununda iştirak edən Vilyam çox yaxşı təsir bağışladı. Bu yarımmüdafiəçin komandamda olmasını istərdim. Ancaq təəssüf ki, vaxt azlığı onun keçidinə imkan vermədi. Bizə bu legioneri gec təklif etdilər. Həmin vaxt isə transferin reallaşması, detalları müzakirə etməyə vaxt çatmırdı. Bu səbəbdən Vilyamın məsələsini bağladıq. Ancaq ola bilsin ki, yayda, mövsümlərası fasilədə onun transferi yenidən gündəmə gəlsin”.

0
0